“Yeni seçilən parlamentdə “Mülki Müqavilə” Partiyası konstitusiya çoxluğuna sahib olacaq və hökuməti təkbaşına quracaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə Nikol Paşinyan özünün Feysbuk hesabında yazıb.
Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) 2008 seçki məntəqəsində səsvermənin nəticələri barədə ilkin məlumat yayıb.
Məlumata görə, Nikol Paşinyanın liderlik etdiyi “Mülkü Müqavilə” 53,92, onun rəqibi Robert Köçəryanın “Ermənistan” bloku 21,04 faiz səs toplayıb.