Ermənistanda koronavirusa yoluxma hallarının sayı 225 553-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Ötən gün daha 89 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.
Pandemiya ərzində ölkədə 4 526 nəfər COVID-19-un qurbanı olub.
Bununla yanaşı, virusa yoluxmuş 217 131 nəfər sağalıb.
Hazırda 2 96 nəfərin müalicəsi davam edir.