Ermənistanın paytaxtı İrəvanda atışma olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.
Qeyd edilir ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları burada 8 ədəd giliz və ölkənin məşhur biznesmenlərindən birinə məxsus “Range Rover” avtomobilini aşkarlayıblar. Avtomobilin məxsus olduğu iş adamının adı açıqlanmır.
Hadisə ilə əlaqədar cinayət işi açılıb.