24 Avqust 2021 11:45
8 912
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəsmi İrəvan Dağlıq Qarabağla bağlı konstruktiv danışıqlara hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentində bəyan edib.

Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpasını vacib hesab edir.

Baş nazir həmsədrlərin 10 noyabr üçtərəfli bəyanatını alqışladıqlarını deyib.

Paşinyan münaqişənin qeyri-hərbi yolla, “xalqların öz müqəddəratını təyin etmək hüququ” və ərazi bütövlüyü prinsipləri əsasında həll edilməli olduğunu bildirib.

O, Ermənistanın ən yüksək səviyyədə danışıqlarda iştirak etməyə hazır olduğunu və konkret təkliflər gözlədiyini söyləyib.

Görünür, Ermənistan rəhbəri artıq Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu unudub. Minsk qrupunun 30 illik fəaliyyətsizliyindən sonra öz torpaqlarını işğaldan azad edən Azərbaycan üçün Paşinyanın dilə gətirdiyi “status məsələsi” də tarixin arxivində qalıb. Həm də onun xatırlayacağı ən yaxın tarixin. Söhbət 44 günlük savaşın nəticələrindən gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər