30 Avqust 2021 13:47
3 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan bu gün Rusiyaya işgüzar səfər edəcək.

Teleqraf.com xəbər verir ki, o, avqustun 31-dək Moskvada qalacaq.

Nazirin rusiyalı həmkarı Sergey Lavrovla görüşü, daha sonra mətbuat konfransı keçirməsi planlaşdırılır.

Mirzoyan KTMT baş katibi Stanislav Zasla da görüş keçirəcək.

Bundan əvvəl Rusiya XİN tərəfindən verilən açıqlamada bildirilmişdi ki, görüş zamanı Mirzoyan və Lavrov Rusiya-Ermənistan ittifaqının bütün sahələrdə inkişaf etdirilməsi, ümumi inteqrasiya birliklərində - MDB, KTMT və Avrasiya Birliyində əməkdaşlığın artırılması, habelə BMT və ATƏT-dəki mövqelərin əlaqələndirilməsi istiqamətində atılacaq addımları ətraflı müzakirə edəcəklər.

Qeyd edək ki, bu, Ararat Mirzoyanın bu vəzifəyə təyin olunmasından sonra ilk xarici səfəridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər