27 Noyabr 2021 13:57
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın İqtisadiyyat Nazirliyi dekabrın 31-dən etibarən hökumətə türk mənşəli malların respublikaya idxalına qoyulan qadağanın yenidən uzadılmasını təklif edib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Arşak Aslanyan deyib.

Onun sözlərinə görə, nazirlik qadağanın iqtisadi baxımdan nə dərəcədə səmərəli olduğunu, hansı çətinliklərə və mümkün müsbət nəticələrə gətirib çıxardığını təhlil edib. “Biz hesab edirik ki, qadağa məntiqlidir və uzadılmalıdır. Nəticədə, İqtisadiyyat Nazirliyi hökumətə bu siyasəti təsdiq etməyi və qadağanın müddətini daha 6 ay uzatmağı təklif edib”.

O bildirib ki, qadağa tətbiq olunana qədər Türkiyə mallarının Ermənistanda dövriyyəsi təxminən 260 milyon dollar idisə, bu ilin sentyabrına qədər bu rəqəm 20 milyon dollara qədər azalıb.

İddia edilib ki, qadağa iqtisadiyyata müsbət təsir edib, toxuculuq istehsalı, ayaqqabı istehsalı, tikinti materialları istehsalının əsası qoyulub.

Nazir müavini deyib ki, yerli istehsalla yanaşı, qadağa tətbiq edildikdən sonra mümkün kəsir digər ölkələrdən idxal hesabına ödənilib.

Xatırladaq ki, 20 oktyabr 2020-ci il tarixində hökumətin qərarı ilə Türkiyədən son istehlak mallarının idxalına qadağa qoyulmuşdu. Qadağa 30 dekabr 2020-ci ildə qüvvəyə minib.


Müəllif: Nemət

Oxşar xəbərlər