10 Dekabr 2021 14:14
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İrəvanda “Azadlıq” Hərəkatı üzvlərinin etiraz aksiyası keçirdikləri Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında vəziyyət gərginləşib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, əvvəlcə polis etirazçıları Xarici İşlər Nazirliyinin binasını tərk etməyə çağırıb.

Etirazçılar tələbi yerinə yetirmədiyi üçün zorla çölə çıxarılıb.

Aksiyanın təşkilatçılarından olan Ara Zohrabyan polisin hərəkətinə etiraz edib. Təşkilatçılar və aksiya iştirakçıları polis tərəfindən saxlanılıb.

Aksiya keçirənlər Qarabağdakı ermənilərlə bağlı Ararat Mirzoyandan cavab istəyirlər.


Müəllif: Nemət

Oxşar xəbərlər