Ermənistan polisi erməni müğənni Sona Şahkəldyanı axtarışa verib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Şahkeldyan Ermənistan Cinayət Məcəlləsinin 188-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur.
Qeyd edək ki, Ermənistan Cinayət Məcəlləsinin 188-ci maddəsi qanunsuz sahibkarlığa aiddir - “dövlət qeydiyyatı olmadan (qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla) sahibkarlıq fəaliyyəti və ya xüsusi razılıq (lisenziya) olmadan lisenziyalaşdırılmalı olan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyətlə məşğul olmaq. şəxslərə və ya təşkilatlara və ya dövlətə külli miqdarda ziyan vurmaqla müşayiət olundu”.
Bu maddədə nəzərdə tutulmuş cinayətlər minimum əmək haqqının min mislindən iki min mislinədək miqdarda cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.