Ermənistan ilk dəfə olaraq siyasətçilərə və jurnalistlərə qarşı casusluq proqramlarından istifadə edən ölkələrin siyahısında yer alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan məlumat verib.
“Ermənistan bir dövlət olaraq ilk dəfə belə ölkələrin siyahısında yer alır. Siyasətçilərin və jurnalistlərin telefonlarına gizli şəkildə casus proqramları yerləşdirilir. “Meta” və “Citizenlab” şirkətlərinin araşdırmalarına görə, gizli dinləmələr üçün Makedoniyanın “Cytrox” şirkətinin casus proqramlarından istifadə edilir”, - ekspert vurğulayıb.
Onun sözlərinə görə, “Cytrox”un əsas müştəriləri Misir, Ermənistan, Yunanıstan, Səudiyyə Ərəbistanı, Oman, Kolumbiya, Fildişi Sahilləri, Vyetnam, Filippin və Almaniyadakı təşkilatlardır.