3 Fevral 2022 11:48
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsi Monte Melkonyanı terrorçu kimi qeydə alıb.

Teleqraf.com xəbər verir ki, bu, Ermənistanın ombudsmanı Arman Tatoyanın açıqlamasında məlum olub.

O, “Ermənistanın milli qəhrəmanı” Monte Melkonyanla bağlı fotoşəkillər və paylaşımların Feysbuk tərəfindən bloklandığını deyib. Bununla əlaqədar sözügedən sosial şəbəkənin administrasiyasına müraciət etdiyini bildirib. Tatoyan bunu “qəbuledilməz” adlandırıb.

Ondan əvvəl Xankəndindəki separatçıların nümayəndəsi Artak Beqlaryan da Feysbukda Melkonyanla bağlı paylaşımlara məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb.

Feysbuk administrasiyası sosial şəbəkədə terrorizm və radikalizmin təbliğatını qadağan edir.

Terrorçu Monte Melkonyan Birinci Qarabağ Müharibəsində Azərbaycan ordusu tərəfindən məhv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər