Ermənistanın İstintaq Komitəsi 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibə nəticəsində həlak olan və itkin düşən hərbçilərlə bağlı məlumatları yeniləyib.
Bu barədə Teleqraf.com Ermənistan KİV-nə istinadən xəbər verir.
Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, Ermənistan tərəfdən ölənlərin sayı 3 822 nəfərdir.
İstintaq Komitəsi müharibə zamanı daha 187 hərbçinin itkin düşdüyünü bildirib.
Qeyd edək ki, Ermənistanın rəsmi dairələri müharibənin başladığı ilk günlərindən etibarən informasiya manipulyasiyası edərək öz itkilərini dəfələrlə az təqdim edir.