14 Sentyabr 2022 22:12
3 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla sərhəddə baş verən son olaylardan Nikol Paşinyan məsuliyyət daşıyır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan deyib.

Siyasətçi Ermənistan ordusunun hərbi təxribatlarının ölkəsinə baha başa gəldiyini etiraf edib.

Tovmasyan erməni ordusunda ciddi silah-sursat çatışmazlığının olduğunu və bunu da Baş nazir Nikol Paşinyanın dilə gətirdiyini söyləyib:

“Paşinyan açıq şəkildə bildirir ki, imkanı yoxdur, heç nə edə bilmir, həmişə kimlərəsə arxalanır. Onu da deyir ki, biz silah ala bilmirik”.

Deputat Paşinyanı səriştəsizlikdə ittiham edib:

“Bu nə deməkdir ki, pulumuz var, amma silah ala bilmirik. Niyə bizə silah satmırlar, yaxud aldığımız silahları Ermənistana gətirmək imkanımız yoxdur? Belə olan halda Paşinyan ölkə başçısı kimi nə işlə məşğuldur?".

Tovmasyan Paşinyanın Ermənistandan qovulmalı olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər