19 Sentyabr 2022 16:42
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neçə müddətdir ki, erməni siyasi-ictimai həyatında görünməyən Ermənistanın sabiq prezidenti Robert Köçəryan ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Köçəryan İrəvandakı Moskva kinoteatrının zalında bir qrup erməni ilə görüşüb, onların suallarını cavablandırıb.

Qeyd edək ki, Köçəryanın ofisi öncədən elan edib ki, vətəndaşlarla görüş qapalı, dərc olunmamış formatda keçiriləcək, medianın qeydiyyatı və iştirakı təmin olunmayacaq.

Həmçinin bildirilib ki, Köçəryan yaxın vaxtlarda mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, hazırda erməni cəmiyyəti arasında ciddi bölünmə müşahidə olunur. Cəmiyyətdə qərpərəst çoxluq Paşinyanın, ruspərəst kateqoriya isə Köçəryan və digər cinayətkarların ətrafında birləşir.


Müəllif: Nemət