5 Oktyabr 2022 20:12
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki kapitulyasiyaya görə keçmiş prezidentləri günahlandırıb.

Teleqraf.com xəbər verir ki, o, keçmiş prezident Robert Koçaryanın hakimiyyəti dövründə o vaxtkı xarici işlər naziri Vardan Oskanyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib.

“Serj Sarkisyanın stolda qoyduğu danışıqlar sənədi bu göstərici və formullarla dəyərləndirilsə, kapitulyasiya haqda sənəd idi. Serj Sarkisyan kapitulyasiya haqda sənədi hazır qoyub getmişdi”.

Paşinyan, çoxunun hazırkı hakimiyyəti Qarabağın Azərbaycanın ərazisi kimi tanımasına görə tənqid etməsinə cavab olaraq keçmiş hakimiyyəti nümunə gətirib: “Bunu bir neçə dəfə desəm də, konkret demək istəyirəm. Hansısa hökumət Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırdımı? Bəli, bu Vardan Oskanyanın (Robert Koçaryan dövründə XİN başçısı) zamanı olub. Çünki o zaman Madrid prinsiplərini danışıqlar üçün əsas kimi qəbul edəndə Ermənistan artıq Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı”.

Paşinyan Vardan Oskanyan və sabiq Prezident Robert Koçaryanla yanaşı, sabiq XİN başçısı Edvard Nalbandyan və eks-prezident Serj Sarkisyanı da təqsirli bilib: “Buna görə də onlar hazırkı hakimiyyətin üstünə hər hansı təqsiri qoymalı deyil. İndi isterik açıqlamalar vermək lazım deyil”.


Müəllif: Teleqraf.com