20 Oktyabr 2022 13:17
1 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hərbçilərin rüblük toplanışları yeni bir şey deyil. Bununla belə, dərinləşən təhlükəsizlik problemlərini nəzərə alaraq, ikinci Qarabağ müharibəsindən sonra belə toplanışlar artırıldı. Amma bu yaxınlarda müdafiə naziri Suren Papikyan qəfil üç aylıq toplanışlardan imtina etmək, bunun müddətinin 25 günə endirildiyini açıqladı”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr Ermənistanın hökumətinin belə toplanışları plansız həyata keçirdiyini, 25 günlük qərarla bağlı isə layihənin olmadığını bildirir.

“İndi sual yaranır ki, niyə toplanışların müddəti birdən-birə 25 günə endirildi? Əgər müddətlə bağlı problem var idisə, bunu xüsusi qərar olmadan da etmək olardı.

Düzdür, qanunvericiliyə görə müddəti azaltmaq olar, amma ekspertlər deyirlər ki, qısa müddət, xüsusən də 25 gün ehtiyatda olan vətəndaşların hərbi qabiliyyətinin artırılması və onların hazırlığı üçün çox az vaxtdır. Belə təəssürat yaranır ki, 25 günlük toplanışlar sadəcə formallığın təmin edilməsi problemini həll edir”.

Qəzet Baş nazir Nikol Paşinyanın Ermənistan vətəndaşlarının rüblük təlim məşğələlərinə cəlb olunması ilə bağlı fikrinə də diqqət çəkib.

Nəşr bildirir ki, Paşinyan hökumətin iclasında belə toplanışların yalnız silahla tanışlıq xarakteri daşıdığını deyib:

“Paşinyanın hökumətin iclasında dediyi bu fikir toplanışların mahiyyətini ortaya qoyur.

Əgər tapşırıq sadəcə insanları silahdan istifadə ilə tanış etməkdirsə, bu, digər təşəbbüslərlə, məsələn, təhsil müəssisələrində müvafiq kursların artırılması yolu ilə həyata keçirilə bilər.

Eyni zamanda, rəsmilər hərbi məşqləri siyasiləşdirirlər. Hərbi xidmətə çağırışı cəza kimi önə çəkirlər. Məsələn, bir neçə ay əvvəl parlamentin Müdafiə Komitəsinin sədri Andranik Köçəryan müxalifətin aksiyaları zamanı saxlanılan vətəndaşları sərhədə göndərməklə hədələyib. Bundan sonra aksiyalarda iştirak edən müxalif “Müqavimət” Hərəkatının bir çox üzvünə üç aylıq toplanışlara qatılmaq üçün bildiriş göndərilib. Həmin şəxslərdən biri də sabiq millət vəkili olub. O, aksiyadan sonra üç aylıq ön cəbhəyə göndərilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər