21 Oktyabr 2022 22:52
4 978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Nikol Paşinyanın ailəsinə məxsus "Haykakan Jamanak" qəzetində "Ermənistandan keçən dəhlizin əsas benefisiarları - niyə yol yox, dəhliz?" başlıqlı yazı dərc edilib.

Teleqraf.com xəbər verir ki, imzasız məqalədə Azərbaycanın açmağa çalışdı Zəngəzur dəhlizdən bəhs edilir. Anonim müəllifə görə, onun benefisiarlarıAzərbaycan, Türkiyə və Rusiyadır.

Yazıda qeyd olunur:

“10 noyabr tarixli birgə bəyanata əsasən, regionda bütün iqtisadi və nəqliyyat kanalları açılmalıdır. Bir neçə ay əvvəl Azərbaycan Ermənistanın üç keçid məntəqəsinin açılması təklifinə hələ də cavab verməyib. Azərbaycan yol yox, dəhliz istəyir. Bəs niyə yol yox, məhz dəhliz? Niyə məhz Ermənistan ərazisindən? Dəhlizin əsas benefisiarları kimlərdir?

Ermənistan Respublikasının suveren ərazisindən keçən dəhlizin əsas benefisiarlarından biri də Azərbaycandır.

Dəhliz Azərbaycana imkan verəcək:

- Azərbaycan-Naxçıvan-Türkiyə marşrutu üzrə yükdaşımaları ən əlverişli şərtlərlə həyata keçirmək

- İrandan Ermənistanın quru ərazisindən keçən yüklərə nəzarət etmək

- Ermənistanın daxili siyasi vəziyyətini və ictimai əhval-ruhiyyəni gərginləşdirmək üçün həssas mövzu kimi istifadə etmək

- Azərbaycanın Zəngəzurla bağlı iddiaları (?)"

Bildirilir ki, dəhliz azərbaycanlıların həmin ərazilərə qayıtması üçün qanuni zəmin yaratmaq üçün ilk addımdır.

"Azərbaycan dövlətlərarası yol anlayışından ona görə imtina edir ki, vergi ödəmək və bununla da Ermənistanı iqtisadi cəhətdən güclü ölkə kimi görmək istəmir. Azərbaycan İran ərazisindən avtomobil və dəmir yolu ala bilər, amma İran heç vaxt Azərbaycana dəhliz verməz. Azərbaycan Ermənistandan dəhlizi güc yolu ilə almağa çalışır", deyə yazıda qeyd olunur.

Müəllifə görə, Ermənistan ərazisindən keçən dəhlizin əsas benefisiarlarından biri də Türkiyədir.

"Dəhliz Türkiyəyə imkan verəcək:

- Türk dünyası ilə maneəsiz ünsiyyətin təmin edilməsi

- İranın Ermənistandan keçməklə Avropaya mümkün qaz kəməri perspektivinə maneə olmaq.

Əgər dəhliz statusu daşımasa, Azərbaycan və Türkiyə yük daşımaları Ermənistanın nəzarətində olacaq, onlar Ermənistana vergi ödəməli olacaqlar, nəticədə Ermənistan daha da inkişaf etmiş iqtisadiyyata sahib olacaq və Ermənistanın rolu və regionda əhəmiyyəti daha da artacaq. Bütün bunlar isə həm Azərbaycan, həm də Türkiyə üçün, yumşaq desək, arzuolunan deyil".

Yazıda vurğulanır ki, Rusiya da Ermənistan ərazisindən keçən dəhlizin əsas benefisiarlarından biridir.

"Dəhliz Rusiyaya imkan verəcək:

- Azərbaycandan Naxçıvana və Türkiyəyə yüklərin daşınmasına təsir göstərmək

- İrandan Ermənistanın quru ərazisindən keçən yüklərə təsir etmək

- Ermənistan və Azərbaycanda əlavə rıçaqlara malik olmaq, həmçinin şərq-qərb yollarının ən mühüm kəsişməsinə nəzarət etmək.

Ukraynaya qarşı başlayan xüsusi əməliyyatdan sonra, Qərb və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra Rusiya həm ixrac, həm də idxal üçün bazar tapmağa çalışır. Belə olan halda Türkiyənin Qərb və Rusiya ilə ikili əlaqələri ideal variantdır, Türkiyə ilə quru əlaqə yaratmaq qalır. Bu kontekstdə Türkiyə və Azərbaycanın regionda rolu artıb və indi Azərbaycan Rusiyanın Qərbə qaz və neft ixracı üçün platformaya çevrilə bilər".

Bildirilir ki, Rusiyanın rəsmi platformaları nə qədər Rusiyanın Ermənistanın suveren ərazisindən dəhliz açılmasında iştirakını, Rusiyanın ambisiyalarını inkar etməyə çalışsa da, faktlar bunun əksini göstərir. "Birincisi, Rusiya və KTMT Ermənistanı müdafiə etmədi, silah tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirilmədi. Ermənistanda yerləşən Rusiya qoşunları müharibədə fəaliyyətsiz oldu. Yeri gəlmişkən, istər Azərbaycan, istər Türkiyə, istərsə də Rusiya Ermənistan ərazisindən keçən dəhlizin rusların nəzarətində olmasının tərəfdarıdırlar".

Yazıda daha sonra qeyd olunur: "Rusiyanın Ermənistan ərazisindən dəhliz əldə etmək üçün bir neçə variantı var.

1. Rusiyanın müttəfiqi Azərbaycan Ermənistanı hərbi eskalasiya ilə o dərəcədə zəiflədir ki, Ermənistan İttifaq dövlətinə və ya Rusiya Federasiyasına qoşulmağa məcbur olur.

2. Gərginlik nəticəsində Rusiyanın müttəfiqi Azərbaycan Ermənistanın suveren ərazisindən Naxçıvana dəhliz götürməyə nail olur ki, ona nəzarət gələcəkdə Rusiya tərəfindən həyata keçiriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər