Ermənistanda Hovhannes Baqramyan adına hərbi hissəsinin müdavimlərinə Azərbaycan dili öyrədilir.
Teleqraf.com xəbər verir ki, hərbi hissənin komandiri Davit Aleksanyan jurnalistlərlə söhbətində bildirib ki, hərbi məktəbə qəbul edilən yeni kursantlara bir neçə xarici dil, o cümlədən Azərbaycan dili öyrədiləcək: "Burada Azərbaycanşünaslıq mərkəzinin olması zabit və kursantların təşəbbüsüdür. Əsgərləri seçəcəyik, onlar psixoloji hazırlıq keçəcəklər. Azərbaycanşünaslığa gəlincə, müharibə göstərdi ki, bizim "düşmən"in dilini bilməyə böyük ehtiyacımız var, zabitlər onu daha dərindən bilməlidirlər, əsgərlər də öz funksiyalarına uyğun öyrənəcəklər".
Hərbi hissə komandiri onu da qeyd edib ki, 44 günlük müharibədə uğursuzluqların səbəblərindən biri köhnəlmiş təlim metodları olub: "Səhvlərdən dərs çıxarmışıq, tədris üsulları dəyişib".