3 Mart 2023 12:16
2 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanı vəzifəsindən azad etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr onun yerinə keçəcək şəxsin artıq müəyyən edildiyini bildirib:

“Rəsmi mənbələr iddia edirlər ki, Suren Papikyanın müdafiə naziri vəzifəsindən azad edilməsi məsələsi həll olunub, hazırda icra mexanizmi müzakirə olunur.

Papikyan hara gedəcək və onu kim əvəz edəcək?

Namizədin hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat, müdafiə komitəsinin sədri Andranik Köçəryan olduğu mətbuatda yazılsa da, görünən odur ki, bunu özü təşkil edir. Mənbələrimiz bildirirlər ki, Paşinyan müharibədən sonra Azərbaycan rəsmiləri ilə müxtəlif formatlarda həm əsir mübadiləsi, həm də demarkasiya məsələlərində danışıqlar aparan, onlarla anlaşma əldə edən Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı təyin etməyə meyllidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər