Tarixi adı Arazdəyən olan, emənilərin isə Yerasx adlandırdığı rayonda 70 milyon dollar sərmayə ilə "erməni-amerikan" adlı metallurgiya zavodu tikilir.
Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Vaan Kerobyan bildirib.
Zavodun hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq. Burada ildə 180 min ton məhsul istehsal olunacaq.
Qeyd edək ki, Arazdəyən İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olub.
Arazdəyən adından da bilindiyi kimi Araz çayının sahilində yerləşir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Yerasx qoyulub.
Ermənilər bura 1897-ci ildə köçürülüb.