27 İyul 2023 19:17
5 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağa humanitar yüklərin çatdırılmasına icazə verməyəcəyini gözləmirdisə, deməli, orada oturanlar çox pis analitikdirlər, ya da başqa oyun oynayırlar".

Teleqraf.com "news.am"a istinadən xəbər verir ki, bunu erməni konfliktoloq Artur Martirosyan bildirib.

Onun sözlərinə görə, baş verənlər hökumət üçün gözlənilən addımdır. “Əgər Nikol Paşinyan deyirsə ki, Ağdam yolu məsələsi Mişellə Əliyev arasında müzakirə olunanda Brüsseldə olub və müzakirədə iştirak etməyib, deməli, o, buna göz yumub. Azərbaycan tərəfi Mişel üçün məqbul olan hansısa variant təklif etdi. İndi siz başqa variantla problemi həll etməyə çalışırsınızsa, qarşı tərəf niyə o varianta razı olsun. Onlar artıq sərfəli variantı razılaşdırıblar və siz susmusunuz, avropalılar da “hə” deyib. Əgər mandatınız yoxdursa, ümumiyyətlə, Qarabağ üzrə niyə danışıqlar aparırsız?"

Artur Martirosyan hesab edir ki, xaricdən verilən bəyanatlarla heç nəyə nail olunmayacaq: "
Azərbaycana qarşı sanksiyaların olmaması Azərbaycanın Qərb üçün çox mühüm maraqlara xidmət etməsi, eyni zamanda erməni diplomatiyasının sıfıra bərabər olması deməkdir. Ermənistan tərəfi Qərbə elə təsir göstərə bilməz ki, Azərbaycanla başqa cür davransınlar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər