Fransa yük maşınları sentyabrın sonunda Laçın yoluna gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Erməni Təşkilatları İttifaqı (CCAF) məlumat yayıb.
Məlumata görə, yüklər sentyabrın 30-da, saat 12:00-da Laçın dəhlizində olacaq.
Qeyd edək ki, ötən gün yayılan məlumatda yük maşınlarının avqustun 30-da Laçın yolunda olacağı bildirilmişdi.