25 Sentyabr 2023 11:28
10 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti, "Xocalı cəlladı" Robert Köçəryanın oğlu Levon Köçəryan 1 ay müddətinə həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Koçubayev məlumat verib.

İrəvan Birinci İnstansiya Məhkəməsində hakim Masis Melkonyanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin təqdim etdiyi vəsatət təmin edilib.

Levon Köçəryan İrəvanda hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı saxlanılmışdı. Saxlanılarkən polis tərəfindən döyülən Levona beyin silkələnməsi və kəllə-beyin travması diaqnozu qoyulmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər