“Ermənistan müttəfiqimiz, bizə yaxın dövlət olaraq qalır”.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Moskva xüsusilə bu ağır günlərdə müxtəlif səviyyələrdə Ermənistanla dialoqu davam etdirir. O xatırladıb ki, sentyabrın 20-də Rusiya Prezidenti Vladimir Putin Baş nazir Nikol Paşinyanla telefon danışığı aparıb.
“Ermənistan müttəfiqimiz, bizə yaxın dövlət olaraq qalır. Sizə məlumdur ki, ölkəmizdə Ermənistanın özündən daha çox erməni yaşayır. Biz öz funksiyalarımızı yerinə yetirməyə davam edəcəyik, Ermənistan tərəfi, o cümlədən Paşinyanla dialoqu davam etdirəcəyik və Qarabağın erməni sakinlərinin bütün hüquqlarının qorunması üçün çalışmaqda davam edəcəyik”, - Peskov bildirib.