Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan geri çağırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, Arutyunyanı əvəz edəcək şəxsin adı Rusiya rəhbərliyinə göndərilsə də, rədd edilib.
Ermənistan hökuməti Qurgen Arsenyanın namizədliyini irəli sürüb.