7 Noyabr 2023 12:26
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin keçmiş deputatı, "Qayıdış" fondunun sədri Araqas Axoyan həbs edilib.

Teleqraf.com bu barədə erməni KİV-inə istinadən xəbər verir.

Ermənistanın İstintaq Komitəsi keçmiş deputatən həbs səbəbini açıqlayıb.

Komitənin məlumatına görə, Axoyan iyunun 8-də öz sosial şəbəkə səhifəsində zorakılıq tətbiq etməyə ictimai çağırışlar səsləndirib.

Qeyd olunub ki, keçmiş deputat xüsusən qeyri-normativ leksikadan istifadə edərək Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırdıqdan sonra öldürülməli şəxslərin siyahısını tərtib etməyə çağırıb.
Noyabrın 3-də Axoyana qarşı Ermənistanın Cinayət Məcəlləsinin 330-cu maddəsi (zorakılığa ictimai çağırış) üzrə cinayət təqibi başladılıb. Keçmiş deputat bir ay müddətinə həbs edilib.

Xatırladaq ki, 2021-ci ildə Axoyan hökumət binasını zəbt etmək cəhdində ittiham edilib və ölkədən çıxışına qadağa qoyulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər