Avropa Birliyi Ermənistana dəstəyini gücləndirməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyini xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel AB-nin Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri ilə görüşündən əvvəl deyib.
“Şərq Tərəfdaşlığının bütün sahəsində - Belarusda, Ukraynada, həmçinin Cənubi Qafqazda çətin vəziyyət var. Yaxşı xəbər budur ki, Gürcüstan AB-yə üzvlük yolunda irəliləyir, amma Ermənistandakı vəziyyət güclü dəstəyimizi tələb edir, görək bunu necə artıra bilərik”, - AB-nin baş diplomatı bildirib.
Borrel qeyd edib ki, konfransdan əvvəl ilk görüşü Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla nəzərdə tutulub.