7 Fevral 16:08
2 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ermənistanda keçirilməsi planlaşdırılan Konstitusiya dəyişikliyini dəstəkləmir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Qallup” mərkəzinin Ermənistanda keçirdiyi sorğunun nəticəsi iki əhəmiyyətli məqamı üzə çıxarıb. Birincisi, Baş nazir Nikol Paşinyana ictimai etimad səviyyəsi azalıb. İkincisi, sorğunun nəticəsinə görə, Ermənistanda Konstitusiyanın dəyişdirilməsinin əleyhinə olanlar tərəfdarları üstələyib.

“Qallup”un baş ofisi ABŞ-də yerləşir. Qəbul olunur ki, Vaşinqton Nikol Paşinyanı dəstəkləyir və onun Moskva qarşısında zəifləməsini istəmir. Ancaq Vaşinqtonla bağlılığı olan mərkəz erməni cəmiyyəti və beynəlxalq aləmə əks-mesaj verib. Görünür, Vaşinqton Paşinyanı Ermənistan hakimiyyəti içərisində bir başqa tərəfdarı ilə dəyişməyi ciddi düşünür.

ABŞ-nin Paşinyanın yeni Konstitusiyanın qəbulu təşəbbüsünü bu vaxta qədər dəstəkləmədiyi “Qallup”un bununla bağlı sorğusundan da aydın olur”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər