19 Fevral 15:50
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Rusiyanın Ukraynadakı müharibəsi ilə razılaşmayan Ermənistan Baş naziri Nikol Paşinyana reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Rusiya prezidentinin sözçüsünün cavabı kifayət qədər yumşaq alınıb.

“Kreml Ukrayna məsələsində Rusiya və Ermənistanın mövqelərinin fərqli olduğunu təsdiqləyib. Bəli, bizim Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral əks baxışlarımız var. Bu sirr deyil, hər kəsin bildiyi mövqedir”, - Peskov deyib.

Kremlin sözçüsü vurğulayıb ki, ermənilərlə razı deyillər, israrla “həqiqətlər”ini onlara izah etməyə davam edəcəklər.

Ermənistan baş naziri Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadıqlarını, bu ölkənin ərazi bütövlüyünü tanıdıqlarını bildirmişdi. O, Ukraynanın Ermənistanın dostu olduğunu da vurğulamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər