6 Aprel 12:01
8 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın aylarda Rusiya telekanallarının Ermənistanda yayımı dayandırıla bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, hökumət ciddi şəkildə Rusiya kanallarının Rusiya kanallarının yayımının dayandırılmasını müzakirə edir. Ötən həftə artıq rusiyalı jurnalist Vladimir Solovyovun verilişlərinin ölkədə yayımı qadağan edilib. Bundan sonra Ermənistan Televiziya və Radio Yayımları Şirkətinin direktoru Muşeq Militonyan işdən çıxarılıb.

Sözügedən proqramı bağlamaq tələbinə cavab olaraq Militonyan yüksək texnologiyalar naziri Mxitar Ayrapetyana deyib ki, texniki cəhətdən bunu etmək mümkün deyil. Militonyanın bu sözü nazir və hökumətin xoşuna gəlməyib. Bundan sonra o, istefa məktubu yazmağa məcbur olub, daha doğrusu məcbur edilib.

“Past” bildirir ki. Nikol Paşinyan hökuməti bununla kifayətlənməyəcək.

Qəzetin yazdığına görə, yaxın 1-2 ay ərzində iki Rusiya kanalının ictimai multipleksdə yayımının dayandırılması məsələsi nəhayət həll olunacaq. Bununla əlaqəli müvafiq sənədlər, o cümlədən qanunvericiliyə düzəlişlər hazırlanır. Hazırda hakimiyyət orqanları Rusiya telekanallarının yayımının qadağan edilməsi imkanlarının olub-olmamasını müzakirə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər