Ermənistanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında hərbi attaşesi olacaq.
Teleqraf.com xəbər verir ki, müvafiq qərar layihəsi Ermənistan hökumətinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Qərarda Ermənistanla Britaniya arasında müdafiə sahəsində əməkdaşlığın ilbəil genişləndiyi, Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin Britaniyanın ingilis dili kurslarından keçən əməkdaşlarının sayının artdığı, o cümlədən böyük və kiçik komandanlıq heyətlərinin çoxmillətli sülhməramlı və minatəmizləmə təlimlərindən keçdiyi, hər il tərəflər arasında müntəzəm müdafiə, strateji və hərbi-siyasi məsləhətləşmələrin keçirildiyi bildirilir.
“İki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın böyük potensialı və Britaniyanın son dövrdə əməkdaşlığın dərinləşdirilməsinə böyük marağı Ermənistan Respublikasının Böyük Britaniyada hərbi attaşesinin olması zərurətindən irəli gəlir”, - layihənin əsaslandırmasında deyilir.
Ermənistan hərbi attaşesi Britaniyada vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-dən başlayacaq.