Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli KİV Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, iyulun 3-də saat 00:45 radələrində qurumun N saylı hərbi hissəsinin müqavilə ilə xidmət edən hərbi qulluqçusu Sarqis Xaçatryanın güllə yarası ilə meyiti tapılıb.
Hadisənin baş vermə şəraiti araşdırılır.