30 Sentyabr 12:33
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan durmadan Türkiyənin təsir dairəsinə doğru gedir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.

Ekspert bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ABŞ-da keçirilən görüşdən sonra daha aydın göründüyünü iddia edib:

“Ərdoğanla görüş zamanı və ondan sonra siyasi bəyanatlar verildi. Görünən budur ki, Ermənistan durmadan Türkiyənin təsir dairəsinə doğru irəliləyir. Ərdoğana bu baxımdan İrəvandan tam dəstək var”.

Ovannisyan artıq Ermənistan hakimiyyəti təmsilçilərinin Türkiyə Prezidentinə “cənab və möhtərəm” deyə xitab etdiklərini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər