8 İyul 21:26
3 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ermənistandan tam arxayın olmadığına görə bu ölkədə atom elektrik stansiyası tikməkdə qərarlı deyil.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın gələcək planlarına diqqət çəkib:

“Paşinyan həm yaxın, həm də uzaq perspektivdə Rusiyadan uzaqlaşmağa çalışır. Yaxın perspektiv Ermənistanın KTMT-ni tərk etməsi və Avropa İttifaqına üzvlük üçün Brüsselə müraciət etməsidirsə, uzaq perspektiv ABŞ və Fransanı ölkədə mobil atom elektrik stansiyalarının tikintisinə təşviq etməkdir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtondakı görüş və müzakirələrinin bir qismi məhz bu mövzuya həsr olunub.

İrəvan Vaşinqtona təkliflərini verib. Vaşinqton Ermənistanın Rusiyanın enerji asılığından qurtulmasını istəyir. Ancaq bu o demək deyil ki, Vaşinqton yaxın müddətdə Ermənistan ərazisində atom elektrik stansiyasının tikintisinə başlamağa hazırdır. Paşinyan Vaşinqtonun yanındadır, ancaq bir gün onu devirsələr və ya hakimiyyətdən uzaqlaşdırsalar, yerinə gələn Rusiyanın adamı çıxsa, necə olacaq? Vaşinqton Ermənistandan tam arxayın olmadığına görə bu ölkədə atom elektrik stansiyası tikməkdə qərarlı deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər