29 Aprel 2023 17:48
3 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışları başlayıb.

Teleqraf.com xəbər verir ki, günün son mübarizəsi saat 17:30-da start götürüb.

Daha əvvəl "Ferrari"dən Şarl Lekler "Sprint shootout"u ilk pillədə başa vurmuşdu. "Red Bull"dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen isə üçüncü sırada olub.

Təsnifatda qəza törədən "Williams"dan Loqan Sarjent bolidi hazır olmadığı üçün sprint yarışına qatılmayıb. "Alpin" qapalı park rejimini pozduğu üçün Esteban Okon pit-leyndən start alıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.


Müəllif: Tapdıq Qurbanlı