26 Avqust 2014 13:36
3 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycanla Gürcüstan arasında mübahisə mövzusu olan məbəddən Abbas Atilayın fotoreportajını təqdim edir.

Keşikçi məbədi. Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşir - Keşiş dağı. Gürcü mənbələrində isə məbəd «David Qareci» adı ilə tanınır. Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisinə düşür.

Keşikçi məbədinin mənşəyinə dair azərbaycan və gürcü mənbələri arasında ziddiyyətli məlumatlar var. Azərbaycan mənbələrinə görə, Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbələri isə məbədin gürcü mənşəli olub, tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.

Azərbaycan tarixçilərinə görə, məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə ziyarət edilməyə başlanıb, daha sonra Tamaranın hakimiyyəti dönəmində gürcü kilsəsinin təsiri altına düşüb.

Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, Keşiş dağı məbədi 11-12-ci əsrə qədər alban kilsəsi olub. Həmin vaxt monastır ərazisi alban dövlətinin varisi olan Sünik knyazlığının tərkibində idi. Amma orta əsrlərdə məbəd gürcü kilsəsinin təsiri altına düşür.

Keşikçi məbədinin baş rahibi Zaza məbədin tarixindən danışır.

Keşikçi məbədi

Keşikçi məbədində qayalıq içində hücrələr.

Keşikçi məbədində qayalıq içində hücrələr arası yol.

D. Kiknadzenin dediyinə görə, hər gün onlarla insan onun bələdçiliyi ilə həmin kompleksləri ziyarət edir.

D. Kiknadze bu komplekslərə Azərbaycanla Gürcüstanı ayıran sərhəd ilə gedir. Bəzən yolun çətinliyindən asılı olaraq o, məbədlərə yolun gah Azərbaycan, gah da Gürcüstana aid olan hissəsi ilə gedir.

David Kiknadze Azərbaycanla Gürcüstan torpaqlarını ayıran sərhəddin tən ortasında.


Müəllif: