19 İyun 2016 17:21
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Formula 1" Avropa Qran Prisi start götürüb.

Teleqraf.com-un məlumatına görə, start xəttində pilotlar aşağıdakı mövqeləri tutublar:

1. Niko Rosberq - "Mercedes"
2. Daniel Rikkardo - "Red Bull Racing"
3. Sebastian Fettel - "Ferrari"
4. Kimi Raykonnen - "Ferrari"
5. Felipe Massa - "Williams"
6. Daniil Kvyat - "Red Bull Racing"
7. Serxio Peres - "Force India"*
8. Valtteri Bottas - "Williams"
9. Maks Ferstappen - "Toro Rosso"
10. Lyuis Hemilton - "Mercedes"
11. Romen Qrojan - "Haas"

12. Niko Hyulkenberq - "Force India"
13. Fernando Alonso - "McLaren"
14. Esteban Qutyerres - "Haas"
15. Felipe Nasr - "Sauber"
16. Rio Haryanto - "Manor"
17. Paskal Verlayn - "Manor"
18. Karlos Sayns - "Toro Rosso"
19. Censon Batton - "McLaren"
20. Markus Erikson - "Sauber"
21. Colion Palmer - "Renault"
22. Kevin Maqnussen - "Renault"

*S.Peres təsnifatda 2-ci yeri tutsa da, startda 7-ci mövqeni tutacaq. belə ki, o, sürət qutusunun dəyişdirilməsinə görə cərimələnib.

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Lyuis Hemilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.


Müəllif:

Oxşar xəbərlər