Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada həyata keçirdikləri "Fırat qalxanı" əməliyyatının hədəflərini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, Çavuşoğlu "Hədəfimiz Bab şəhərinə qədər irəliləməkdir" deyib.
Mosulda İŞİD-ə qarşı əməliyyatlarda əsas məqsəd şiə milislərin vurulmasının olmadığını deyən nazir deyib ki, bölgədə peşmərgə qüvvələri var: "Onlar İŞİD-ə qarşı mübarizə adı altında dinc insanları da vururlar. Düşünürəm ki, biz terrorçularla müxalifləri bir-birindən ayırmaqda çətinlik çəkməyəcəyik".
Ruslan