FİFA Təbrizin “Traxtur” futbol klubuna transfer qadağası qoyub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərara əsasən, Azərbaycan klubu qış fəslindək transfer dövründə heç bir futbolçu keçidini həyata keçirə bilməyəcək.
Məlumata görə, “Traxtur” klubunun nümayəndəsi “İstiqlal”ın keçmiş oyunçusu Şəhbazzadəni öz komandasına cəlb etmək üçün Futbol Federasiyasına müraciət ediyi zaman FİFA-nın transfer qadağasından xəbərdar olub.
Bildirilib ki, son vaxtlarda komandaya cəlb olunan Alişah, Nurullahi və Beygzadənin də “Traxtur” yarışlarında oynayacaqları sual altındadır.
FİFA “Traxtur” klubuna ötən bir neçə mövsümdə Flavio Lopez, Anselmo, Zhao Vila və Eşpetim Arfi kimi oyunçulara gecikən ödənişləri səbəbindən dəfələrlə xəbərdarlıq edib.
Samir