Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, millət vəkili Hadi Bahaduri #PrayForZahra kampaniyasına qoşulduğunu bildirib.
O, Ermənistanı törətdiyi cinayətə görə kəskin qınayıb.
Hadi Bahaduri bildirib ki, iki yaşlı azərbaycanlı uşağın Ermənistan silahlı qüvvələri tərəfindən öldürülməsi tamamilə qəbuledilməzdir.
Azərbaycanlı millət vəkili əlavə edib ki, Zəhranın məzlum səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün gücü ilə #PrayForZahra kampaniyasına dəstək verəcək.