9 İyul 2017 12:09
1 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Erməni uşağı öldürəkmi, öldürməyəkmi?", "Rus dilində danışaqmı, danışmayaqmı?", "Qadınların məhrəminə burun soxaqmı, soxmayaqmı?"

Teleqraf.com xəbər verir ki, bu sözləri şair Aşin Yenisey öz Feysbuk səhifəsində paylaşıb.

Onun sözlərinə görə, bu cür praktik əhəmiyyətli suallar qarşısında aciz-avara qalmağımızın, milli olana şəxsi mənafeyə uyğun cavablar axtarmağımızın səbəbi milli şüurumuzun kortəbii yapısıdır:
“Nədir kortəbii bünövrə? Xristianlıq islamdan fərqli olaraq yerin kürə formasında olduğunu əsaslandıran elm adamları ilə döyüşürdü, islam isə bir inancın yerinə başqa bir inanc təklif edən (Həllac, Nəsimi və s. kimi) mistiklərə qənim kəsilmişdi. Elmi təfəkkür araşdırma, analiz, təcrübə və kəşf ardıcıllığı nəticəsində formalaşır. İnkvizisiyadan sonrakı ağıl çağında Avropa intellektualları dini vəhşiliklərin acığına hissi-emosional, mistik mənşəli hər bir yaradıcılıq növünü tənqid edirdilər, ələ salırdılar. Və bu rasionallıq elmi inkişafın XX əsrdə iki Dünya müharibəsi ilə nəticələnməsinə qədər davam etdi. Müharibələrdən sonra Qərbdə metafizikaya münasibət bir az yumşaldı. Amma bizdə Avropada 3-4 əsr davam edən rasional mühakimələr heç vaxt olmayıb. Ona görə bizim milli şüurumuz kortəbii qənaətləri ümumiləşdirmək, zora düşəndə də candərdi Qurana istinad etməklə öz suallarına cavab axtarır. Araşdırma ədəbiyyatı yox, təhlil yox, təcrübə yox və aydındır ki, bunlar olmasa, çətin nəsə kəşf edə bilərsən, hansısa suala fəhmə söykənməyən, əsaslandırılmış cavab tapa bilərsən".
Şair körpə Zəharının qətlindən sonra aktuallaşan suallara da diqqət çəkib:

"Erməni uşağı öldürəkmi, öldürməyəkmi?", "Rus dilində danışaqmı, danışmayaqmı?", "Qadınların məhrəminə burun soxaqmı, soxmayaqmı?" Bizdə bu suallara cavab verə, izah edə bilən elm adamları, universitetlər yoxdur, ona görə də mətbuat giləylə satılan siqareti son anda gəncliyinin başına çaxacağı güllə kimi döş cibində gəzidərən qaqaşlara üz tutur. Müstəqillik illərində Azərbaycan televiziyası cəmi bir şəxs verib cəmiyyətə - Nadir Qafarzadə, mətbuat isə Hacı Şahini kökəltdi. Bu illər ərzində kütləvi informasiya vasitələrində nüfuzuna görə bu iki şəxslə müqayisə oluna bilən bircə elm adamı, universitet müəllimi göstərin mənə, statusu silim”.

Qeyd edək ki, son günlər sosial şəbəkə və gündəlik həyatda “Erməni uşaqlarını öldürərsizmi" tipli suallar əsas müzakirə mövzusudur.


Müəllif: Şəfiqə