Ankara Myanmada müsəlmanların kütləvi qətlləri qətiyyətlə pisləyir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.
Onun sözlərinə görə Myanmada baş verənlər soyqırımıdır.
"Türkiyə Myanma zorakılığın artması, sakinlərin yaralanması və öldürülməsindən narahatdır. BMT və beynəlxalq birlik soyqırımı xatırladan bu hadisələrə, biganə qalmamalıdır", deyə Bəkir Bozdağ bildirib.