Türkiyə Silahlı Qüvvələrinin ötən gün Afrində verdiyi 8 şəhidin adı məlum olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunlar kiçik zabitlər Uğur Palançı və Taha Qoç, çavuşlar Arif Dəmirəl, Burxan Açıqqol, Məhmət Dinək, Rəcəb Çətin, Mustafa Ozan Gökçə və Rıdvan Çevikdir.
Sosial şəbəkələrdə şəhid Məhmət Dinəkin son fotosu paylaşılıb.
Fotoda Dinək üzərində “Biz öldükmü ki, vətən bölünsün” ifadəsi yazılmış divarın qarşısında dayanıb.