Bu günə qədər “Skripal işi” ilə əlaqədar 27 ölkədən 151 rus diplomatı qovulub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Noyert açıqlama verib:
“Bunlar ABŞ, Böyük Britaniya, Almaniya, Kanada, Ukrayna, Litva, Latviya, Finlandiya, Rumıniya, Xorvatiya, Çexiya, İtaliya, Fransa, Avstraliya, Makedoniya, Macarıstan, İspaniya, Albaniya, Norveç, İsveç, Hollandiya, Maldova, Danimarka, İrlandiya, Luksemburq, Estoniya və NATO-dur”.
Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.
Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.