11 Aprel 2018 10:53
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkum Cahangir Alışov bildirib ki, seçkilər mütəşəkkil keçir:

"Demokratik şəraitdən istifadə edirik, hər kəs öz istədiyi namizədə səs verir".

Cahangir Alışov MTN işində zərərçəkmişdir. O, Yasamal MTK nın sahibidir, dələduzluqda ittiham olunur.

Digər məhkum Tərlan Comərdov seçkilərin tam şəffaf keçirildiyini deyb: "Hər kəs öz istədiyi namizədə səs verir. Hər birimizə yüksək səviyyədə şərait yaradılıb. Sərbəst seçim edirik".

37 saylı məntəqənin sədri İxtiyar Hüseynov deyib ki, seçkilər şəffaf aparılır, səsvermədə siyahida olanlar səs verirlər.

Həmin təcridxanada qurulan 38 saylı məntəqənin sədri Aslan Mirzəyev bildirib ki, məntəqədə seçicilər aktiv iştirak edirlər: "İndiyə kimi 25 faiz səs verib. Penitensiar xidmətin rəhbərliyi normal şərait yaradıb. Məhkumlar gizli səsvermə yolu ilə seçimlərini edirlər".

***

10:33

28 saylı Sabunçu Seçki Dairəsinin 38 saylı seçki məntəqəsində Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslər səs verir.

Teleqraf.com-un məlumatına görə, bu müəssisədə səsvermək hüququ olan 1678 məhbus var.

Bu saata qədər 400-ə yaxın şəxs səs verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər