11 Aprel 2018 12:39
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki başlanandan sakit və qaydalara uyğun şəkildə davam edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində ATƏT-in ümumi qısamüddətli missiyasının rəhbəri, seçkilər zamanı ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentar Nilza Marilia de Sena deyib.

O qeyd edib ki, əhali səsvermə hüququndan istifadə etmək üçün məntəqələrə gəlir: "Seçki səhər saatlarında başlayıb. Artıq günün yarısıdır. Hər şey çox normal və qaydalara uyğun şəkildə davam edir. Ümid edirəm ki, proses sona qədər bu şəkildə sakit davam edəcək.

Müşahidələrim əsasında deyə bilərəm ki, prosesin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edəcək. Bu gün burada müşahidəçi kimi iştirakımdan məmnunam. Azərbaycan xalqına ən xoş diləklərimi çatdırmaq istərdim".

Portuqaliyalı parlamentari bildirib ki, 50 nəfər beynəlxalq müşahidəçi seçki prosesini izləyir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər