24 Aprel 2018 17:00
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən Hüseyn Abdullayev Bakı İstintaq Təcridxanasına köçürülüb.

Hazırda istintaqı davam etdirilən H.Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır./Report/

Qeyd edək ki, onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2 maddəsi üzrə (külli miqdarda vergidən yayınma) cinayət işi başlanılıb. “İnterpol” xətti ilə axtarışda olan “Quska” ləqəbli H.Abdullayev Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər