2 Oktyabr 2018 10:29
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse -prezidenti Azay Quliyev və millət vəkili Tahir Mirkişili qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-dən 6-dək Qırğızıstanda səfərdə olacaqlar.

Teleqraf.com Milli Məclisin saytına istinadən xəbər verir ki, Bişkək şəhərində keçiriləcək toplantıda 3 sessiya çərçivəsində etimad və regional əməkdaşlıq vasitəsi ilə sərhəd bölgələrində yeni çağırış və təhdidlərə qarşı mübarizə, Aralıq Dənizi Forumu və vətəndaşların təhlükəsiz cəmiyyətlərin qurulmasında iştirakının gücləndirilməsi barədə məsələlər müzakirə ediləcək. Deputatlarımız müzakirələrdə fəal iştirak edəcəklər.

Sessiya çərçivəsində Azay Quliyevin sədri olduğu İpək Yolu Dəstək Qrupunun iclası da keçiriləcəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər