27 Noyabr 2018 09:41
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarında dəyişikliklər edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov tərəfindən qərar imzalanıb.

Qərara görə, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və rüsum ödəmədən gömrük sərhədindən keçirilə bilən 3 litr alkoqollu içkinin həcmi 1,5 litrə, 600 ədəd siqaretin sayı isə 200 ədədə endirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər