Növbədənkənar parlament seçkiləri “məxməri” rejimin ümumdövlət benefisinin əsası ola bilmədi.
Bu sözləri Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.
“MSK-nın seçici fəallığına dair ilkin məlumatlarına əsasən, biz ilk siyasi qiymətləndirmələri verə bilərik. Mütəşəkkil fəaliyyətlərə birbaşa təzyiq nəticəsində seçkilərdə seçicilərin 50%-dən azı - 48.63% iştirak etdi. Bu o deməkdir ki, dekabr ayında keçirilən parlament seçkiləri "ümummilli tələb" deyil, şəxsi siyasi hesablamaların və Nikol Paşinyanın maraqlarının nəticəsidir. Ümumerməni kampaniyası Nikol Paşinyana yardım etmədi, administrativ resurslardan istifadə uğursuz oldu. Bu seçkilər xalqın apatiyası və xəyal qırıqlığı fonunda Nikol Paşinyanın şıltaqlığı idi”, - Aşotyan bildirib.