6 Yanvar 2019 21:15
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Zuqdidi şəhər xəstəxanasında 24 yaşlı gənc qripdən ölüb.

Pasiyent Zuqdidi xəstəxanasına Mestia şəhərindən yanvarın 1-də çatdırılıb.

Gəncdə həftə ərzində qızdırma və kəskin tənəffüs çatışmazlığı müşahidə olunub.

Xəstəxanada həmin şəxsə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Bundan başqa onda digər xəstəliklərin də olduğu müəyyən olunub. O, bir neçə gün süni tənəffüs aparatına qoşulmuş halda olub.

Gəncin ölümünə H1N1 virusunun (“donuz qripi”) səbəb olması laborator araşdırma zamanı müəyyən olunacaq.

Qeyd edək ki, qonşu ölkədə bu günə qədər “donuz qripi”ndən 8 nəfər ölüb. Ölkədə 100 min sakinə 277 qripə yoluxmuş şəxs düşür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər